Bakıda axtarışda olan cibgir tutuldu

Bakıda axtarışda olan cibgir tutuldu

Bakıda cibgirlik hadisəsi baş verib.

Bu barədə 24Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb. 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 9 nəfərin çantalarından və ciblərindən mobil telefonlar oğurlaması da müəyyən edilib.