Bakıda ağır qəza baş verib

Bakıda ağır qəza baş verib

Bakı şəhəri Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAz” markalı yük avtomobili toqquşub. 

24 Media FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.