Bakıda 34 yaşlı şəxs yol qəzasında ağır xəsarətlər aldı

Bakıda 34 yaşlı şəxs yol qəzasında ağır xəsarətlər aldı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

24Medianın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü, Hüseynov Xətai Xəqani oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək travması və açıq kəllə-beyin travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.