Bakı Dünya Kubokuna ev sahibliyi edəcək

Bakı Dünya Kubokuna ev sahibliyi edəcək

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib.

24Media Apasport.az saytına istinadən xəbər verir ki,  Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.

Qeyd edək ki, Bakı və Qəbələ dəfələrlə Dünya Kuboku yarışlarına ev sahibi olub.