Baharın yeni sinqlı yayımlanıb

Yerli R&B ifaçısı Baharın yeni sinqlı "Haqqım var" 15 aprel tarixində bütün onlayn musiqi platformalarında yayımlanıb.

24Media xəbər verir ki, "BEAT Music" leyblının tərkibində təqdim edilən sinqlın sözləri Bahara, aranjimanı Beasyə, səs uzlaşması isə Rüstəm Rzayevə aiddir. Eyni gündə təqdim edilən rəsmi klip İsmayıl İsmayılov rejissorluğu ilə çəkilib. Əməyi keçən digər şəxslər:

Dolby Atmos Mixing: Rüstəm Rzayev

Leybl menecer: Amal Əlili

Musiqi leyblı: BEAT Music

Set dizayneri: Fidan Əbilova

Makiyaj və üslub: Aytac Əbdülrəhimli

Fotoqraf: Cəbrayıl Usubov (Jabrayilss)

Koordinator: Fərid Əsgərli, Ələkbər Ələkbərov

İcraçı prodüser: Ramiz Səmədov

Qeyd edək ki, Bahar ilk dəfə professional şəkildə 2019-cu ildə "SeisMic Unity"nin tərkibində dinləyicilər ilə tanış olub. O, F-Souljah ilə "Balkon" adlı duetindən sonra eyni ildə bir neçə sinql təqdim edərək dinləyici kütləsi yığmağı bacarıb. 2021-ci ildə isə "Yel" adı EP-si işıq üzü görüb.