“Bahalı olsun” fikrinin psixologiyası

“Bahalı olsun” fikrinin psixologiyası

Hər birimiz alış-veriş etməyi sevirik, demək olar ki, əlimizdəki pulun hamısını nələrisə almağa xərcləyirik. Çünki bu, bizə həzz verir. Bir şeyi qeyd etmək istərdik ki, daha bahalı olan məhsullara daha çox üstünlük verilir. Bu hal yüksək təbəqə üçün adi hal olsa da, nisbətən aşağı təbəqə üçün normal hal deyil. Belə ki, orta əmək haqqı alan bir şəxs imkanlı şəxslə eyni məhsulu almaqda maraqlıdır. İstədiyi məhsulu alsa da artıq yaşayış səviyyəsi ürəkaçan olmur. Bəs, görəsən, daha bahalı məhsullara üstünlük verilməsinin səbəbi nədir? Bu suala 24Media cavab verir.

Harvard Universitetinin professoru Maykl Norton bunu belə izah edib ki, insanlar bahalı məhsulun ucuz məhsuldan daha keyfiyyətli olduğunu fikirləşir. Eləcə də daha çox pul xərcləyərək daha çox xoşbəxt olduqları qənaətindədirlər.

Kaliforniya Texnologiya İnstitutu və Stanford Universitetinin birgə apardığı təcrübə isə belə olub ki, istifadəçiyə 2 eyni şərab fərqli qiymətlərdə təqdim olunub. MRT vasitəsilə beynin eyni, lakin baha olan şərabı daha həzz verdiyini qəbul etdiyini göstərib. 

Bəzi insanlar bahalı məhsulları alarkən özlərinə verdiyi dəyərin daha yüksək olduğunu hiss edirlər. Yarış avtomobili sürücüsü və çılğın "Ferrari" kolleksiyasına sahib Joş Kartu sadəcə maşınları sevdiyi üçün yox, xüsusi bir sosial çevrəyə sahib olmaq məqsədilə maşınlara çoxlu pul xərclədiyini bildirib.

Professor Yelizavet Currid Halket isə günümüzdə pul xərclənmə metodunun dəyişdiyini, əvvəllər insanlar brend çanta almaqla özlərini göstərirdilərsə, indi təbii, kənd məhsuluna xeyli pul xərcləməklə daha az nəzərə çarpdığını bildirib.