Bağdad Amreyev: "Türk dünyasının birliyi Azərbaycan ərazilərinin azad olması nəticəsində möhkəmləndi"

Bağdad Amreyev:

"Türk dünyasının birliyi əhəmiyyətli müvəffəqiyyətlərin sayəsində, hər şeydən əvvəl Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və onun müstəqilliyinin, ərazi bütövlüyünün bərpasından sonra möhkəmləndi".

24Media xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bagdad Amreyevin təbrikində deyilir.

"44 günlük Vətən Müharibəsi zamanı Türk Şurası bütün üzv dövlətlər adından Azərbaycanın haqq işini hər vasitə ilə dəstəklədi və onun qalib nəticəsi bütün dövlətlərimizin qürur mənbəyi oldu", - təbrikdə deyilir.

O vurğulayıb ki, 2020-2021-ci illər türk dünyası üçün müvəffəqiyyətli olub.

Qeyd edək ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür.