AzTU-nun rektoru müəllim və tələbələri videoformatda təbrik etdi

AzTU-nun rektoru müəllim və tələbələri videoformatda təbrik etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2020/2021-ci tədris ilinin başlaması münasibətilə müəllim və tələbələri videoformatda təbrik edib. Rektor bildirib ki, pandemiya səbəbindən dərslər onlayn keçiriləcək. Onlayn dərslərin keyfiyyəti ötən semestrdən fərqli olaraq daha da təkmilləşdirilib.

24Media-nın məlumatına görə, dərslər “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Rektor videotəbrikində müəllim və tələbələrə təhsilin inkişafı istiqamətində uğurlar və müvəffəqiyyətlər arzu edib.