Azərbaycanla İran arasında iqtisadi imkanların inkişafı barədə razılıq əldə edilib

Azərbaycanla İran arasında iqtisadi imkanların inkişafı barədə razılıq əldə edilib

“Biz razılığa gəldik ki, iqtisadi imkanlarımızı daha da inkişaf etdirək”.

24Media "Report" a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

“Biz iki ölkə arasındakı münasibətləri daha da gücləndirmək üçün bütün fikirləri, ideyları həyata keçirməyə çalışacağıq. Hərbi və siyasi sahədə də əməkdaşlığlımızı davam etdirəcəyik”, - o vurğulayıb.