Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1695 nəfər müalicə olunaraq sağalıb, 2 min 414 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 24Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 285 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 250 min 708 nəfər müalicə olunaraq sağalıb, 3 min 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 370 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 18 min 445 test aparılıb. Bugünkü test sayı isə 13 min 248-dir.