Azərbaycan şahmatçıları Ermənistanla heç-heçə etdi

Azərbaycan şahmatçıları Ermənistanla heç-heçə etdi

Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda kişilərdən ibarət komandamızın Ermənistan şahmatçıları ilə qarşılaşması 2:2 hesabı elə başa çatıb. 

24Media xəbər verir ki, təmsilçilərimiz Şəhriyar Məmmədyarov Qabriel Sarkisyan, Teymur Rəcəbov Hayk Martirosyan, Nicat Abbasov Samvel Ter-Sahakyan, Rauf Məmmədov isə Robert Hovanisyan ilə heç-heçə ediblər.

Qadın şahmatçılarımızın İtaliya yığması ilə mübarizəsi davam edir.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.