Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşları təltif edilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşları təltif edilib

Prezident İlham Əliyev fevralın 15-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
24Media xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.