Azərbaycan-Moldova oyununu italiyalı hakim idarə edəcək

Azərbaycan-Moldova oyununu italiyalı hakim idarə edəcək

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev matçının hakimləri açıqlanıb.
24Media xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona san-marinolu Daniele Dadamo köməklik göstərəcək.
Martın 4-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-Moldova görüşü saat 19:00-da başlayacaq.
Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.