Azərbaycanlı idmançı Bolqarıstanda Avropa çempionu oldu

Azərbaycanlı idmançı Bolqarıstanda Avropa çempionu oldu

Bolqarıstanın Albena Kranevo şəhərində 12-ci Avropa Şotokan Çempionatı keçirilib.

24Media xəbər verir ki, Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilmiş yarışda 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar və paralimpiyaçılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar.

Turnirdə 16 ölkədən 422 karateçi tatamidə öz bacarıqlarını nümayiş etdirib.

Azərbaycanı təmsil edən idmançı Məcid Əmirov çempionatda 75 kq çəki üzrə “WKF kumite” üslubunda 1-ci yeri qazanıb.

Əmirov bu qalbiyyətində böyük əməyi olan Mərkəzi Karate Məktəbinin baş məşqçiləri Qurban Tağıyev, Anar Allahverdiyev, o cümlədən yarış ərəfəsində dəstəyini əsirgəməyən veteran parataekvandoçu, karateçi Cahangir Bayramova təşəkkür edib.

Qeyd edək ki, M.Əmirov dəfələrlə respublika çempionu, beynəlxalq turnilərin qalibi, dünya kuboku mükafatçısı olub.