Azərbaycanın neft kəmərlərilə nəqletmənin həcmi 10 %-dək azalıb

Azərbaycanın neft kəmərlərilə nəqletmənin həcmi 10 %-dək azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29,289 mln ton neft nəql edilib.

24Medianın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 79,3 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin on ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 9,7 % az olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində BTC vasitəsilə 23,24 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 11 % azdır.

Dövr ərzində BTC kəməri ilə 3,324 mln ton tranzit nefti də nəql edilib ki, bu da 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,4 % azdır.