Azərbaycanın mobil qurğular bazarında liderlər açıqlanıb

Azərbaycanın mobil qurğular bazarında liderlər açıqlanıb

2021-ci ilin mart ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

24Media bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı fevral ayı ilə müqayisədə 1,34 faiz azalaraq 42,71 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,12 faiz artaraq 33,07 faiz olub.

"Apple" smartfonlarının payı isə fevralla müqayisədə 1,22 faiz artıb və 14,9 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında "Huawei"in payı 5,28 faiz, LG-nin payı 0,49 faiz, "Lenovo"nun payı isə 0,46 faiz təşkil edib. Digər markalardan olan mobil qurğuların yerli bazarda payı 2,74 faizə bərabər olub.