Azərbaycanın İstanbulda ticarət nümayəndəliyi işə başlayacaq

Azərbaycanın İstanbulda ticarət nümayəndəliyi işə başlayacaq

Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda yaxın gələcəkdə Ticarət Nümayəndəliyi yaradılacaq.

24Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, - o qeyd edib.