Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir

Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir

Azərbaycan Müdafiə Nazirliyi ilə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehranda ikinci iclası keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.