Azərbaycanın dövlət bankları kredit qoyuluşunu 19% artırıb

Azərbaycanın dövlət bankları kredit qoyuluşunu 19% artırıb

Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 765,7 milyon manat təşkil edib.

24Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% çoxdur.

Kredit qoyuluşunun 11 789,8 milyon manatı və yaxud 79,8%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 10,2% çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 571,2 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 19% çoxdur. 

Mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 404,7 milyon manat olub. Bu isə illik müqayisədə 20,2% çoxdur.