Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda bu gün 16 090 nəfər vaksinasiya olunub.

24Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 477 357 nəfər təşkil edir.