Azərbaycanda kreditlərlə sərmayə qoyuluşu kəskin azalıb

Azərbaycanda kreditlərlə sərmayə qoyuluşu kəskin azalıb

Azərbaycanda bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu kəskin azalıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu ilin yanvar-noyabr ayları ərzində bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 987 mln. manat təşkil edib. Beləliklə, kreditlərlə sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 41% azalıb.

Hesabat dövründə cəmi investisiyalarda bu kateqoriyadan olan vəsaitlərin xüsusi çəkisi də 12,6%-dən 7,7%-ə enib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.