Azərbaycanda koronavirusa yoluxanların sayı azalıb- ÖLƏNLƏR VAR

Azərbaycanda koronavirusa yoluxanların sayı azalıb- ÖLƏNLƏR VAR

Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan 24Media-ya verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.