Azərbaycanda koronavirusa yoluxanların sayı artıb- ÖLƏNLƏR VAR

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb- ÖLƏNLƏR VAR

Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

24Media xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.