Azərbaycanda geyim istehsalı 32% artıb

Azərbaycanda geyim istehsalı 32% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 314,6 mln. manat dəyərində məhsul istehsal olunub.

24Media xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə geyim istehsalında 32%, toxuculuq sənayesində 4,7% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 6,3% azalma müşahidə olunub.

Bu ilin səkkiz ayında 38 997,7 ton pambıq lifi və 18325,1 min kv. metr hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 15,7% az və 51,8% çoxdur.