Azərbaycan Şahmat Federasiyası Arkadi Naydiçlə vidalaşıb

Azərbaycan Şahmat Federasiyası Arkadi Naydiçlə vidalaşıb

Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

24Media Apasport.az saytına istinadən xəbər verir ki, bu barədə AŞF-in mətbuat xidməti məlumat yayıb. 
 
Federasiya beş il kişi şahmatçılardan ibarət milli komandada çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğur arzulayıb.

Qeyd edək ki, Arkadi Naydiç 2017-ci ildə Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.