Azərbaycan Premyer Liqasının ən gənc komandası açıqlandı

Azərbaycan Premyer Liqasının ən gənc komandası açıqlandı

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların orta yaş həddi müəyyənləşib.

24Media xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) araşdırma aparıb.

Çempionatın ilk 6 turuna əsasən aparılan araşdırmada çempionatın ən gənc kollektivi "Sumqayıt" hesab olunub.

"Gənclik şəhəri" təmsilçisinin 6 oyun ərzində orta yaş həddi 25,6 olub. "Zirə" (25,9) bu göstəriciyə görə ikinci, "Qəbələ" (26,3) isə üçüncüdür. Növbəti sıralarda "Səbail" (26,3 - 5 oyun) , "Neftçi" (26,4), "Qarabağ" (27 - 5 oyun), "Keşlə" (27,5), və "Sabah" (27,6) qərarlaşıb.

Qeyd edək ki, böyük "5-lik" çempionatlarında ən yaxşı göstərici İtaliya "Milan"ına məxsusdur - 24.5.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının V turundakı "Qarabağ" - "Səbail" matçı təxirə salınıb və bu səbəbdən hər iki komandanın nəticələri 5 oyuna əsasən hesablanıb.