Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,47 ABŞ dolları, yaxud 1,07% artıb.

24Media xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,36 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.