Azərbaycan millisi Belarus və Macarıstanla qarşılaşacaq

Azərbaycan millisi Belarus və Macarıstanla qarşılaşacaq

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışını başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb.

Federasiyadan 24Media-ya verilən məlumata görə, yığma Avropa çempionatına hazırlıqları iyulun 26-dək kimi paytaxtda davam etdirəcək.

Bakıdakı hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Görüşlər Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.

Oyunların təqvimi

20 avqust
17:00. Azərbaycan - Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan - Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan