Azərbaycan Könüllülərinin İnkişaf Proqramının bağlanış mərasimi baş tutub

Azərbaycan Könüllülərinin İnkişaf Proqramı bağlanış mərasimi baş tutub.

24Media xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutan layihə, könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, dövlət strukturlarında iş prinsipinin mənimsənməsi, təşkilati idarəetmə, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və karyera quruculuğunun formalaşdırılmasına dəstək məqsədilə həyata keçirilib.

Layihə çərçivəsində könüllülərimiz “Psixoloji hazırlıq”, “Fərdi inkişaf”, “Karyera planlaması”, “Layihələrin idarə olunması”, “Kargüzarlıq”, “Emosianal zəka”, “PR və SMM”, “Könüllülük” kimi mövzuları əhatə edən təlim və təcrübə proqramları üzrə biliklərə yiyələniblər.

Ümumilikdə 4 ay müddətində həyata keçirilən proqramda 30 nəfər Azərbaycan könüllüsü iştirak edib.

Proqramı uğurla başa vurub praktiki sessiyalarda yüksək nəticə göstərən könüllülərə xüsusi sertifikat və hədiyyələr təqdim olunub.