Azərbaycan Gürcüstanın neft bitumuna olan tələbatının 60%-dən çoxunu ödəyib

Azərbaycan Gürcüstanın neft bitumuna olan tələbatının 60%-dən çoxunu ödəyib

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi neft bitumunun həcmi 44  min ton təşkil edib.

24Media “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas neft bitumuna olan tələbatının 60,4%-ni ödəməklə qonşu ölkənin əsas tədarükçüsü olub.

İlk 8 ayda Gürcüstan neft bitumu idxalının həcmini illik müqayisədə 34% azaldaraq 72,9 min tona çatdırıb.

Gürcüstanın Azərbaycanla yanaşı əsas neft bitumu tədarükçüləri İraq (16,2 min ton), İran (7,6 min ton) və Rusiya (3,2 min ton) olub.