Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa çempionatının bürünc medalını qazanıb

Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa çempionatının bürünc medalını qazanıb

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında cüdo üzrə milli komandamız daha bir medal qazanıb.

24Media xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan Rüstəm Orucov rəqibi isveçrəli Nils Stumpı məğlub edərək bürünc medala layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl millimizin üzvü Orxan Səfərov (66 kiloqram) qızıl medala sahib olub.

Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.