Avstraliya da Pekin olimpiadasını boykot edir

Avstraliya da Pekin olimpiadasını boykot edir

ABŞ-ın ardınca Avstraliya da Çinin paytaxtı Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarına rəsmi şəxslər göndərməməyi planlaşdırır.

24media xəbər verir ki, bu addım idmançıların iştirakına təsir etməyəcək.

Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden rəsmi Vaşinqtonun Pekin-2022-ni diplomatik boykot etməsinin Sinszyan, Tibet və Honkonqda baş verənlərə, habelə Çində ümumilikdə insan hüquqlarının pozulmasına qarşı mümkün variantlardan biri olduğunu bildirib.

Böyük Britaniyanın Baş naziri Boris Conson da rəsmi şəxslərin Pekinə getməyəcəklərini istisna etməyib.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək.