Avropa Ağırlıqqaldırma Federasiyasının yeni prezidenti seçilib

Avropa Ağırlıqqaldırma Federasiyasının yeni prezidenti seçilib

Aprelin 1-də Moskvada Avropa Ağırlıqqaldırma Federasiyasına (EWF) prezident seçkiləri keçirilib.
24Media xəbər verir ki, konqresdə EWF-n baş katibi, türkiyəli Hasan Akkuş qurumun prezidenti seçilib. Bəzi nümayəndə heyətlərinin Moskvadakı konqresə gəlməsini qeyri-mümkün edən koronavirus pandemiyası ilə əlaqədar olaraq, seçkilər qarışıq formatda keçirilib. Belə ki, konqresdəki nümayəndələr kağız bülletenlərdən istifadə ediblər. Koqresə gələ bilməyənlər isə onlayn formada səs veriblər.
Qeyd edək ki, EWF prezidentliyinə Hasan Akkuşdan başqa, daha 2 namizəd olub. Onlardan biri - Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Maksim Aqapitov namizədliyini geri götürüb. Digər namizəd isə qurumun İcraiyyə Komitəsinin üzvü Antoni Konflitti (Moldova) olub.