Artıq GitHub-a video yükləmək mümkündür

Artıq GitHub-a video yükləmək mümkündür

"GitHub" proqram təminatçılarına daha asan şərait yaratmaq üçün veb, iOS və Android versiyasında beta mərhələni sonlandırıb.

24 Media "Facemark"a istinadən qeyd edir ki, proqramın inkişafı üçün keçən ilin dekabrdan beta versiya təqdim edilib.

İndi bu xüsusiyyət yalnız beta kimi qalmayıb, tətbiqdəki hər kəsə açıqdır - bütün proqram təminatçılarına “.mp4” və “.mov” video faylları yükləmək və müzakirələr aparmaq imkanı verir. “GitHub” bildirir ki, test dövründən sonra video yükləmələr səbəbilə proqram təminatçılarının aktivləşdiyini və tətbiq istifadəçilərinin məhsuldarlığının artdığını müşahidə ediblər.

Bir video ilə səhvlər barədə məlumat vermək, proqram təminatçılarına məlumatları daha asanlıqla ötürməyə və qəbul etməyə imkan verir. Problemi göstərən bir videoya baxmaq proqramistlərin problemi müəyyənləşdirməsini asanlaşdırır və daha sürətli edir.