Arif Quliyevin oğlu: “Atamın vəziyyəti ağır olaraq qalır”

Arif Quliyevin oğlu: “Atamın vəziyyəti ağır olaraq qalır”

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb.

24Media "Report"a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev atasının vəziyyətinin ağır olaraq qaldığını bildirib.

“Hələ də səhhətində heç bir irəliləyiş yoxdur. Müalicəsi davam edir, sistemlər qoşulur. Gözləyirik”, - o deyib.

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.