Aretha Franklini xatırladan yeni film: Respect

Aretha Franklini xatırladan yeni film: Respect

"Ray", "La Vie En Rose", "Bohemian Rhapsody", "Shine", "Judy" kimi filmlərdən sonra növbəti bioqrafik filmin məşhur soul ifaçısı Areta Franklinə aid olacağı bildirilib. "Respect" adlanan bu bioqrafik filmin treylerini izləmək üçün buraya klikləyə bilərsiniz.

A. Franklin obrazına can verən şəxsin isə "Dreamgirls" filmi ilə "Ən yaxşı köməkçi aktrisa" nominasiyası üzrə bir çox mükafat qazanan Cennifer Hudson olduğu bildirilib. Filmin rejissoru "Jessica Jones", "The Walking Dead" kimi layihələrdən tanış olan Liesl Tommi olduğu kimi, ssenarist isə "The Americans" və "Fosse/Verdon"da imzasını xatırladığımız Treysi Skott Vilsondur.

Adını xanım Franklinin eyniadlı mahnısından alan film ifaçının kilsələrdə gospel mahnıları oxuduğu, 1967-ci ildə " Atlantic Records" ilə müqavilə bağlayıb məşhurlaşdığı dövrdən karyerasının sonunadək irəliləyən aktivist həyatını izləyir.