Arda Turanda koronavirus aşkarlandı

Arda Turanda koronavirus aşkarlandı

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub.

24Media xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.

O, noyabrın 16-da test verdiyini və nəticənin bü gün müsbət olduğunu yazıb. Turan hazırda xəstəxanada təcrid edildiyini bildirib.

Qeyd edək ki, "Qalatasaray" klubu 3 futbolçusunun koronavirisa yoluxduğunu yazmışdı.