“Apple”ın dəyəri 2 trilyonu keçib

“Apple”ın dəyəri 2 trilyonu keçib

 

ABŞ-ın əsas texnologiya şirkəti “Apple” bazar dəyəri 2 trilyon dollara çatan ilk Amerika şirkəti oldu.

24 Media xəbər verir ki, səhmləri ilin əvvəlindən 60 faizə yaxın olan Apple-ın səhm dəyəri çərşənbə günü etibarilə 1,2 faiz artaraq 467.97 dollara çatıb.

Bununla da texnologiya sahəsinin nəhəng şirkətlərindən Apple-ın bazar dəyəri 2 trilyon dollara çatıb.

Qeyd edək ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollar olan “Apple” neft nəhəngi “Saudi Aramco”nun dekabrda bazar dəyərinin 1,7 trilyon dollar olaraq ictimaiyyətə elan edilməsi səbəbilə "dünyanın ən qiymətli şirkəti" adını itirdi. Şirkət bu ünvanı ayın əvvəlində geri aldı.