"Apple" elektromobilinin ilk 3D modeli yaradılıb - FOTO

Vanarama şirkətinin avtomobillər üzrə mütəxəssisləri "Apple" şirkətinin nəqliyyat məsələsi ilə bağlı patentlərini analiz edərək potensial "Apple Car" elektromobilinin 3D modelini yaradıblar.

24Media "Technote"a istinadən bildirir ki, mütəxəssislər rəsmi patent sənədlərinə istinad edərək "Apple" şirkətinin potensial elektromobilinin xarici və daxili dizaynının necə görünə biləcəyini sərgiləyiblər.

"Apple Car"ın yaradılmış 3D modeli "Tesla Cybertruck"dan ilhamlanıb. Yaradılmış 3D modeldəki elektromobil şüşə materialdan hazırlanmış vahid örtüyə sahibdir. Bu cür şüşə örtük US10384519B1 nömrəli patent əsasında yaradılıb. Sözügedən patent şüşə panellərin ayrılmalarına ehtiyac duymadan avtomobil modelinin yaradılmasını təsvir edir.

Siri isə səyahət zamanı sürücünün intellektual köməkçisi rolunda çıxış edir. Sükanın mərkəzində daha bir sensorlu ekran mövcuddur.