ANAMA: Zəngilan aeroportunun 68 min kvadratmetr ərazisi minalardan təmizlənib

ANAMA: Zəngilan aeroportunun 68 min kvadratmetr ərazisi minalardan təmizlənib

"Zəngilanda inşa olunacaq hava limanının 68 min kvadratmetr ərazisi minalardan təmizlənib".

24Media "Report" istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəisi Bəhruz Namazov deyib.

Onun sözlərinə görə, ümumilikdə Zəngilanda 3 milyon 530 min kvadratmetr ərazi təmizlənib: “Hazırda minatəmizləmə əməliyyatları davam edir”.