Amerikada baş verənlər və mətbuatın susqunluğu

Amerikada baş verənlər və mətbuatın susqunluğu
Amerikada baş verənlər və mətbuatın susqunluğu
Amerikada baş verənlər və mətbuatın susqunluğu
Amerikada baş verənlər və mətbuatın susqunluğu
Amerikada baş verənlər və mətbuatın susqunluğu
Amerikada baş verənlər və mətbuatın susqunluğu
Amerikada baş verənlər və mətbuatın susqunluğu
Amerikada baş verənlər və mətbuatın susqunluğu

"Nəfəs ala bilmirəm"- ABŞ polisinin dizləri altında əzilən qaradərili Corc Floydun can verməzdən əvvəl son sözləri. Bu birinci dəfə deyil, amma bu dəfə başqa cür reaksiya oyatdı. Əslində, nəzər yetirsək görərik ki, insan hüquqları arasında ən az diqqət yetirilən məsələlərdən biri irqçilik məsələsidir. Qaradərili bir adamın yerinə, Amerika polisi hansısa bir üzdənirağı nəinki öldürmək, hətta adicə itələsəydi belə, Amerikan hökuməti özü xalqı üzdəniraqların hüquqlarının qorunması adı altında küçələrə çıxmağa çağırardı. Qərbin nəzərində insan hüquqları ancaq üzdəniraqların (həmcinsbazların) və feministlərin hüquqlarından ibarətdir. Polis zorakılığı ilə bağlı qınayıcı bəyanat verirlər, amma bu da hansısa ölkəyə sanksiya tətbiq etmək üçün bir bəhanə kimi istifadə edilir. Yəni, heç polis zorakılığına məruz qalan insanlar da onların marağında deyil.

Müsəlmanlar, qaradərililər məhv olsun, amma, üzdəniraqların heç birinin burnu da qanamasın. Bu məntiqdə olan ABŞ və Qərb bizə, eləcə də bütün dünyaya insan hüquqları haqqında leksiya oxuyur. Halbuki, maviliyin təbliğ olunmasına sərf etdiyi məbləği, irqi, dini və milli diskriminasiya ilə mübarizəyə xərcləsəydi bir sıra dəhşətli və ikrah oyandırıcı hadisələr baş verməzdi.

Bütün bunlar bir yana, bir sıra mətbuat orqanlarının hazırda Amerikadakı hadisələrə laqeyd yanaşması diqqəti cəlb etməyə bilməz. Baş verənlər göz qabağındadır. Corc Floydun amerikan polisi tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən hiddətlənən minlərlə amerikalı küçələrdədir. Küçələr sanki müharibə meydanına çevrilib. Amerika bayrağını yandıran amerikalı etirazçılar, atla və polis maşını ilə nümayişçilərin üzərinə hücum çəkən polislər, yandırılan banklar, mağazalar, dağıdılmış ictimai obyektlər və daha neçə növ xaos. Özünü müxalifət adlandıran, insan hüquqları və demokratiya haqqında gecə-gündüz car çəkən "ağ atlı oğlanlar" və "haqq-ədalət ilahələri" isə ağızlarına su alıb oturublar. Bu barədə bir cümlə belə yazmırlar. İdarə etdikləri media şəbəkələri və bir sıra saytların nəzərinə əsasən, sanki dünyada Amerika adlı yer yoxdur və bütün bu hadisələr Yupiterdə baş verir. Belə də olmalı idi. Axı, yedikləri qaba necə tüpürsünlər? Çörəkləri oradan gəlir deyə başa düşmək olar. Bəs öz ölkəmizdə fəaliyyət göstərən bir sıra özəl xəbər saytlarına nə deyək? Onları susmağa nə məcbur edir? Bəlkə onlar da, müxalifət kimi "ağ atlı oğlan" olmaq həvəsinə düşüb, yüz avro qrant müqabilində öz şərəflərini satmağa hazırlaşırlar? Olmaya onlar da Qərbdən maliyyələşir deyə Qərbin biabırçılıqlarına göz yumurlar? Niyə, Amerikadakı rəzilliklər barədə bir kəlmə də yazmırlar? Halbuki, fürsət gözləyirlər ki, İranda və ya Rusiyada bir pişik asqırsın və bunu xəbər formasına salıb bu ölkələri "rüsvay" etsinlər. Fikirləşin, "İran dağılır", "rejim çökür", "Rusiya çalxalanır" kimi xəbər başlıqları bütün aləmi bürüyərdi. Amma, ABŞ-dakı bu boyda həngamənin haqqında bir söz belə yazmırlar.

Baş verən hadisələrə gəldikdə isə, xalqın bu qəzəbi illərlə bəlkə də, onillərlə yığılmış narazılığın nəticəsidir. Xalqın sinəsində yığılmış kin və narazılıq Corc Floydun qətli ilə alovlandı və xalq indi bu aksiyaları fürsət bilib həm Corc Floydun qisasını alır, həm də nifrət etdiyi sistemi cəzalandırır. Xalq sanki ürəyini boşaldır- "Bəlkə aclıqdan və qida təhlükəsizliyindən əziyyət çəkən 41 milyon amerikalının dərdinə əlac edəsiniz?", "Dünyadakı kriminal silahlı atışmaların 30 faizi ABŞ-da baş verir. Bunun qarşısını almaq üçün niyə heç bir iş görmüsünüz?", "Yeni doğulan uşaqların təxminən 60 faizi nigahdan kənar dünyaya gəlir". Bunu niyə həll etmirsiniz?" Niyə dünyanın supergüc olan ölkəsində hələ də küçədə yaşayan insanlar var?" və daha neçə-neçə suallar. Sanki, xalq bu sualların cavabı axtarır və cavab almadığına görə qəzəbdən ağlını itirir. 

Ümumilikdə, xalqın hətta öz bayrağını belə yandırması artıq bu xalqın cana doyduğundan xəbər verir. Xalq liberalizmin və sarsaq "dəyər"-lərin təbliğ olunmasını, amma əsas problemlərin- irqi, milli, dini ayrıseçkiliyin, kriminal tendensiyaların, əhalinin rifahı ilə bağlı məsələlərin diqqətdən kənar qalmasından təngə gəlib.

Müxtəsər, ABŞ-da baş verən etiraz aksiyaları Qərbin onsuzda tökülmüş abrını ümumiyyətlə, yerlə-yeksan etdi. Bundan bir müddət əvvəl Berlində, Parisdə və başqa bir sıra Avropa şəhərlərində etiraz aksiyaları zamanı baş verən polis rüsvayçılıqları heç bir sözə ehtiyac doğurmur.

"Mədəni" Amerikada isə 200 il bundan əvvəl olduğu kimi yenə də insanlar dərisinin rənginə görə öldürülür və təhqir olunurlar. Amerika bununla bağlı qınanmır.
Qərbdə olan tənəzzül barədə Qərbin kuklaları dinməzcə oturublar. Görünən isə odur ki,1800-cü ilin yırtıcı amerikan çöl kovboyları ilə 2020 ilin yırtıcı amerikan polisi arasında fərq yoxdur.