“Amazon”un qurucusu Ceff Bezos kosmosa səyahət edir

“Amazon”un qurucusu Ceff Bezos kosmosa səyahət edir

"Amazon"un qurucusu, milyarder  Ceff Bezos, özünün kosmik tədqiqat şirkəti olan "Blue Origin" tərəfindən hazırlanan raket ilə  kosmosa səyahət etməsi planlaşdırılır.

24Media xəbər verir ki, bu gün baş tutacaq olan tarixi səyahətdə Bezosla birlikdə qardaşı Mark Bezos, 82 yaşlı Valliy Fank və 18 yaşındakı Oliver Damen adlı tələbə iştirak edəcək.

                                      

Bu dörd nəfərin də içində olacağı kosmik gəmi "New Shepard", kosmik turizm sahəsində xidmət göstərmək məqsədi ilə hazırlanmışdır.

"CBS" kanalına uçuşla bağlı danışan Ceff Bezos , "Mən həyəcanlıyam. İnsanlar məndən gərgin olub-olmadığımıı soruşurlar. Gərgin deyiləm, amma nələri öyrənəcəyimiz mənə maraqlı gəlir" deyib.