Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən tanınıb

Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən tanınıb

Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən rəsmən tanınıb.
24Media xəbər verir ki, bu barədə qərar BOK-un Yaponiyanın paytaxtı Tokioda keçirilən 138-ci sessiyasında qəbul olunub.
Beynəlxalq Sambo Federasiyası, Beynəlxalq Çirlidinq Şurası, Beynəlxalq Muay-tay Assosiasiyası Federasiyası, Beynəlxalq Aysştok İdmanı Federasiyası, Dünya Lakross Federasiyası və Dünya Kikboksinq Təşkilatı Assosiasiyası BOK tərəfindən rəsmən tanınıb.
Tanınmış idman qurumlarının bəzilərinin idmançıları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər.
Altı idman növündən yalnız biri - aysştok qış idman növüdür.