Almaniya şirkətləri ADY ilə əməkdaşlığa maraqlıdır

Almaniya şirkətləri ADY ilə əməkdaşlığa maraqlıdır

Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüş təşkil edilib. Görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.

24media bildirir ki, QS-nin sədrinin birinci müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycan dəmir yollarında layihələndirmə, təchizat və quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, “Azərbaycan Dəmir Yolu” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlər “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşına bilər.