AFFA rəsmisi İngiltərə klubunun oyununa təyinat alıb

AFFA rəsmisi İngiltərə klubunun oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan yeni təyinat alıb.

 

24Media xəbər verir ki, avstriyalı mütəxəssis Xorvatiyanın “Dinamo” (Zaqreb) və İngiltərənin “Vest Hem” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hakim-inspektor olacaq.

 

Qeyd edək ki, sentyabrın 16-da Zaqreb şəhərindəki Maksimir stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.