AFFA rəsmisi beynəlxalq təyinat aldı

AFFA rəsmisi beynəlxalq təyinat aldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik yeni təyinat alıb.

24Media-nın məlumatına görə, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şaxtyor” (Belarus) – “Sfintul Gheorghe” (Moldova) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 27-də Soliqorsk şəhərindəki “Stroitel” stadionunda gerçəkləşəcək.