Abşeronda iki avtomobil toqquşdu: 10 yaralı var

Abşeronda iki avtomobil toqquşdu: 10 yaralı var

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

24Media APA-ya istinadən xəbər verir ki, qəza Saray qəsəbəsinə gedən yeni yolda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.