ABŞ-da prezident seçkiləri təxirə salına bilər

ABŞ-da prezident seçkiləri təxirə salına bilər

ABŞ-da noyabra nəzərdə tutulan prezident seçkiləri təxirə salına bilər.

24Media “Times”a istinadən xəbər verir ki, bu barədə prezidentin müşaviri Cared Kuşner bildirib.

“Bu və digər şəkildə buna söz verə bilmərəm”, - deyə Kuşner seçkilərin planlaşdırılan tarixdə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

O, 2020-ci ilin noyabrınadək koronavirusla bağlı vəziyyətin sabitləşəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-da 1 milyon 400 mindən çox insan koronavirusa yoluxub, 83 mindən çox insan isə COVID-19-dan dünyasını dəyişib.