ABŞ-da pandemiya qurbanlarının sayı 61 mini ötdü

ABŞ-da pandemiya qurbanlarının sayı 61 mini ötdü

ABŞ-da son bir gündə daha 2 637 nəfər koronavirusdan ölüb.

24Media xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının, KİV və başqa mənbələrin statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Bununla da Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 61 005-ə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.