
Forbes Advisor-un yeni araşdırmasına görə, Sinqapur turistlər üçün dünyanın ən təhlükəsiz şəhəridir.
Cinayət, səhiyyə keyfiyyəti və təbii fəlakət riskləri kimi faktorların təhlil edildiyi araşdırmada 0-dan 100-ə qədər təhlükəsizlik balları təyin olundu - ən təhlükəsiz şəhərlər ən aşağı balları toplayıb.
Araşdırmanın qiymətləndirməsinə əsasən, Sinqapur 0 bal alıb.
Təhlil edilən 60 şəhər arasında Cənub-Şərqi Asiya şəhəri ən az təbii fəlakət riskinə, ikinci ən aşağı sağlamlıq və infrastruktur risklərinə malik şəhərdir.
Tədqiqat həmçinin onlayn hücumlar və ya məxfilik pozuntularından qorxmadan internetdən sərbəst istifadə etmək qabiliyyəti kimi təyin etdiyi rəqəmsal təhlükəsizlik risklərini də təhlil edib. Sinqapur siyahıda rəqəmsal təhlükəsizlik riski ən aşağı olan ikinci ölkə kimi qiymətləndirilib.
Tədqiqat Tokio və Toronto şəhərlərini Sinqapurdan sonra səyahətçilər üçün ən təhlükəsiz şəhərlər kimi sıralayıb.
Yaponiya və Avstraliya tədqiqatın ilk 10 siyahısında iki şəhəri olan yeganə ölkələr olub:
1. Sinqapur
2. Tokio, Yaponiya
3. Toronto, Kanada
4. Sidney, Avstraliya
5. Sürix, İsveçrə
6. Kopenhagen, Danimarka
7. Seul, Cənubi Koreya
8. Osaka, Yaponiya
9. Melburn. Avstraliya
10. Amsterdam, Hollandiya
Mənbə: cnbc.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
